Fitnes
Müxtəlif insanların fiziki imkanları da müxtəlif olur. Heç də həmişə fiziki hazırlıq yaşdan asılı olmur. Zəif gənc bədən də ola bilər, yaşlı və güclü bədən də, eləcə də bunların əksi. Beləliklə, məşqlərin rejiminin seçimi zamanı hər şeydən əvvəl fiziki hazırlığı nəzərə almaq lazımdır, ikinci növbədə isə yaşı.
Əvvəlcədən zalda insanın bacarıqlarını görmədən proqramı təşkil etmək çətindir. Ancaq yeni başlayanlar üçün proqramın tərtib edilməsinin çox sadə qaydaları var.
Trenajor zalında istənilən məşq isinmə hərəkətlərindən başlayır. Bu qaçış yolu və ya velotrenajor ola bilər. İsinmə hərəkətlərinə 7-8 dəqiqə ayırsanız, kifayətdir. Hərəkət zamanı nəbzinizin 120-150 arasında olmasına diqqət yetirin.
Məşqlərdən sonra da enerjiniz qalarsa, o zaman 12-45 dəqiqə ərzində qaçış yolunda və ya velotrenajorda məşqinizi sonlandıra bilərsiniz. Bu, piydən qurtulmağı və tez bir zamanda arıqlamağı sürətləndirəcək.
Trenajorlarda kaloriləri tez bir zamanda yandıran məşqdir.
- İlkin təlimatlar olmadan da fitneslə məşğul olmaq olar
- Trenajorların unikallığı
- Trenajorlarda edilən məşqlər kaloriləri tez yandırır
Qadınlar üçün fitneslə məşğul olmaq yaşlarından və fiziki hazırlıq səviyyələrindən asılı olmayaraq hər birinə harmoniya əldə etmək, bədən formalarını düzəltmək, artıq çəkidən azad olmaq, hərəkətlərin koordinasiyasını inkişaf etdirmək, ürək-damar sistemini möhkəmləndirmək, travmalardan sonra bərpa prosesini keçmək üçün çox yararlıdır.
Sizdən yalnız məşqlərə qoşulmaq, müxtəlif trenajordan istifadə edərək həyat ritminizi və tempinizi artırmaq, eləcə də öz vücudunuza diqqət ayırmaq tələb olunur.
Hər yeni məşq artıq çəkidən xilas olmaq üçün proqramlaşdırılır. Sizə istirahət lazımdır? Sadəcə tempinizi yavaşladın. İntensivliyi artırmaq istəyirsiniz? O zaman sürətinizi artırın.
Klub kartını əldə edərək, siz müasir sistem üzrə ən yeni trenajorlarda müəyyən intervallarla fitnes ilə məşğul ola bilərsiniz.
İşləmə saatları: 9:00 - 22:00
Qadın günləri: I - III - V günlər;
Ümumi günlər: II - IV - VI - VII