image
Bakı Tennis Akademiyası

BİZİM HAQQIMIZDA

2009-cu il may ayının 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İlk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilib. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcək. Dövlət başçısı qapalı məşq kortlarına baxıb, burada yaradılan şəraitlə tanış olub. Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəxalq standartlara cavab verən şərait yaradılıb. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.

ENDİRİMLƏR, KAMPANİYALAR

SON XƏBƏRLƏR

“İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir” - Heydər Əliyev

Your Awesome Color