Hovuz

Hovuz

Yay aylarında ən çox üstünlük verilən idman növlərindən biri olan üzgüçülük skelet quruluşu üzərində müsbət təsirə sahibdir və eyni zamanda bədənimizin yaxşı inkişaf etməsinə kömək edir. 

Üzmənin faydaları nələrdir?

Ürək və ağciyərin fəaliyyətini artırır.
Bədən yağının sərf edilməsinə kömək edir.
Elastik bədənə sahib olmanıza kömək edir.
Fit bədən quruluşuna sahib olmağı təmin edir. 

Üzməyə başlamadan əvvəl...

Üzməyə başlamadan əvvəl kənarda bədəni isitmək və əzələləri çalışdırmaq lazımdır. Üzməyə başlamadan əvvəl bədən üçün isitmə hərəkətləri etmək baş verə biləcək riskləri azaltmış olur. 

Üzmək kimlər üçün faydalıdır?

Üzərkən oynaqlarımız daha az zorlanır. 100 kilo bir insan suya girərkən özünü 10 kilo hiss edir. 
İnkişaf etməkdə olan uşaqlar
Bel yırtığı olan insanlar
Hamilələr
Yaşlılar üçün üzgüçülük çox faydalıdır. 

Hansı üzmə stili sizə uyğundur?

Üzmədə stillər 4 qrupa bölünür. Buna sərbəst stil, kürək üstə, qurbağa və kəpənək stili aid edilir. Seçilmiş stilə görə çalışan bölgələr və xərclənən kalori dəyişir. Bel problemi olanlara arxası üstə üzmək məsləhətdir. Yaxşı məşqçilər tərəfindən seçilən stil isə kəpənək stilidir. 

Üzərkən nələrə diqqət etmək lazımdır?

Üzərkən tərləmə olmadığını düşünərək susuz qalmaq yanlışdır. Bütün idmanlarda olduğu kimi üzərkən də bol su içilməlidir.
Yeməkdən dərhal sonra suya girməyin. Ən az 1 saat, 1 saat yarım keçməlidir.
Davamlı olaraq suda qalmaq gözə və saça ziyanlı olduğu üçün gözlük və saçlara sellofan papaq taxmanız məsləhətdir.
Nəm bikini ilə uzun müddət qalmayın.

İşləmə saatları: 9:00 - 22:00

Qadın günləri: I - III - V günlər;

Ümumi günlər: II - IV - VI - VII

Your Awesome Color