Haqqımızda

images

Haqqımızda

Bakı Tennis Akademiyasının əsası 2009-cu ildə qoyulmuşdur. O, 2.7 hektarlıq ərazini əhatə edir. Bu məkan açılıb-bağlanan damı olan bir əsas və 12 açıq/qapalı kortlardan ibarətdir. Obyekt keçmişdə Qadın Tennis Assosiasiyasının tədbirlərinə ev sahibliyi edib.

Obyektə aid faktlar

  • Bakı Tennis Akademiyasının əsası 2009-cu ildə qoyulmuşdur. Obyekt keçmişdə Qadın Tennis Assosiasiyasının tədbirlərinə ev sahibliyi edib
  • 2017-ci ildə Bakıda təşkil olunacaq İslam Həmrəylik Oyunları zamanı Bakı Tennis Akademiyası tennis yarışlarının may ayının 12-dən etibarən 11 gün ərzində ardıcıl olaraq keçirilməsi məqsədilə istifadə ediləcək

Mayın 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İlk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilib. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcək.

Dövlət başçısı qapalı məşq kortlarına baxıb, burada yaradılan şəraitlə tanış olub. Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəxalq standartlara cavab verən şərait yaradılıb. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.

Your Awesome Color